Məhşur aktrisaya qadağa qoyuldu
17 İyul 2013 03:20 MədəniyyətTürkiyənin məhşur aktisası Fahriye Evcənə filmdə çəkilmək qadağası qoyulub. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, "Boyut film" və Mahsun Kırmızıgülün birgə təşkilatçılığı ilə aktrisaya eyni filmdə rol almaq təklif olunub. Lakin Fahriyənin müqavilə imzaladığı "Entertainment" production aktrisanın adından dəvəti qəbul etməyib. Bu hadisədən qəzəblənən "Boyut film"in rəhbərliyi digər productionlara mail göndərərək daha Fahriye Evcen və "Entertainment"in digər aktyorları ilə işləməyəcəklərini bildiriblər. Qeyd edək ki, müğənni Mahsun Kırmızıgülün çəkiləcəyi yeni filmə artıq aktrisa tapılıb. Həmin aktrisa ABŞ-dan Türkiyəyə qayıdan Sanem Çelikdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31