Həkimi Tatlısəsi məhkəməyə verdi

İki il öncə silahlı hücuma məruz qalaraq xəsarət alan, hələ də öncəki halına qayıda bilməyən müğənni İbrahim Tatlısəs onu əməliyyat edən həkim haqda yazdığı fikirlərə görə məhkəməyə verilib

"OLAYLAR"ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, məhkəməyə verildiyi üçün söylədiyi fikirlərə görə təəssüfləndiyini deyən müğənni yaxın günlərdə keçmiş həkimi İsmail Kocakla məhkəmədə üz-üzə gələcək. Bu haqda həkimin vəkili media nümayəndələrinə məlumat yayıb. Qeyd edək ki, İbrahim Tatlısəs silahlı hücum nəticəsində burnundan da əməliyyat edilmək məcburiyyətində qalaraq İsmail Kocak tərəfindən əməliyyata alınmışdı. Əməliyyatın uğursuz olduğu deyən müğənni burnunun boru kəmərinə oxşadığını söyləyərək həkimin savadsız olduğunu vurğulamışdı. Məhz bu sözlərə tərəflər münasibətlərini məhkəmə yolu ilə həll edəcəklər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31