Özbəkistan mətbuatında Azərbaycan ədəbiyyatına dair məqalə və şeirlər dərc edilib

AzərTAc xəbər verir ki, Daşkənddə özbək dilində nəşr olunan mətbuat orqanlarında Azərbaycan ədəbiyyatına dair məqalə və şeirlər dərc edilib."Şərq ulduzu" jurnalında Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun elmi işçisi, filologiya elmləri namizədi Yaşar Qasımovun Azərbaycan və özbək ədəbi əlaqələrinə aid geniş materialı dərc olunub."Kitab dünyası" qəzetində isə filologiya elmləri doktoru Almaz Ülvinin Bakıda Azərbaycan dilində nəşr edilmiş "Əlişir Nəvai Azərbaycan ədəbiyyatşünaslığında" kitabı haqqında məlumat verilib.Qəzetin həmin nömrəsində, həmçinin Azərbaycan şairi Əkbər Qoşalının şeirləri yer almış, şair haqqında oxuculara məlumat verilib.Şeirləri orijinaldan Sevinc Norkobilova çevirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31