Lalə Məmmədova həyat yoldaşından boşanıb
Əməkdar artist bu barədə danışmaqdan boyun qaçırır
15 İyul 2013 19:24 MədəniyyətƏməkdar artisti Lalə Məmmədovanın həyat yoldaşından ayrılması ilə bağlı söz-söhbət yayılıb. "show.az"ın verdiyi xəbərə görə, müğənni bir müddət öncə həyat yoldaşından rəsmən boşanıb və bu məsələ hələlik gizli saxlanılır.
Saytın məlumatına görə, müğənni ilə əlaqə saxlayaraq boşanması ilə bağlı məlumat almaq istədikdə müğənni bunları deyib: "Bu barədə danışmaq istəmirəm. Vaxtı gələndə məlumat verəcəm."
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31