Bakıda “Tailand təcrübəsi-2013” adlı tədbir keçirilib

Tailand Krallığının təşəbbüsü və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatı dəstəyi ilə cari il iyulun 12-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında "Tailand təcrübəsi-2013" adlı mədəni tədbir keçiriib

Mədəniyyət və Turizm Nazirliyindən əldə etdiyimiz məlumata görə, tədbir iştirakçıları əvvəlcə teatrın foyesində Tailandda ənənəvi olan meyvə oyma, çətir rəngləmə, maska düzəltmə, Tai massajı ilə yaxından tanış olublar. Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva Azərbaycan ilə Tailand arasındakı siyasi, iqtisadi və mədəni əlaqələrdən söz açmışdır. Bildirmişdir ki, bu əlaqələrin əsası 1990-cı illərin əvvəllərindən qoyulmuş və ötən müddət ərzində daha da genişləndiriib. Tailand xalqının zəngin mədəniyyətə malik olduğunu söyləyən nazir müavini "Tailand təcrübəsi-2013"ün Bakıda ilk tədbir olduğunu vurğulamış və qeyd etmişdir ki, bundan sonra bu istiqamətdə işlər daha da sürətləndiriləcək. Tədbirdə Tailand Krallığının Azərbaycandakı səfiri Rathakit Manathat ölkələrimiz arasında mövcud olan dostluq əlaqələrindən söz açıb. Səfir, son illər iki ölkə arasında ticarət dövriyyəsinin həcminin artdığını vurğulayıb. Diplomat tədbirin məqsədinin Tailandın tarixi-mədəni irsini Azərbaycan ictimaiyyətinə çatdırmaq, o cümlədən xalqlarımız arasında ikitərəfli dostluq əlaqələrinin, mədəni əməkdaşlığın əsasını qoymaq və möhkəmləndirməkən ibarət olduğunu vurğulayıb. Sonda Tailand rəqs nümunələri nümayiş olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31