Hürrəm Sultan geri dönür

Tükənmişlik sindromu yaşadığı üçün Türkiyəni tərk etdiyini söyləyən aktrisa Meryem Uzerli yenidən ölkəyə qayıdacaq

"OLAYLAR"ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, aktrisa 2 ildən  də artıq baş rolda oynadığı serialı tədavi olunmaq üçün tərk etdiyinin deyərək aylar öncə doğulduğu Almaniyaya geri qayıtmışdı. Artıq həkim nəzarətindən çıxan Meryem Uzerli "Tvitter"dəki rəsmi profilində yenidən Türkiyəyə qayıdacağını bu şəkildə söyləyib: "Yenidən sizinlə görüşmək üçün Türkiyəyə gələcəyəm". Aktrisa Türkiyəyə qayıtmağının əsas səbəbini isə sevgilisi Can Atəşlə Bodrumda birgə istirahət etmək istəyi ilə əlaqələndirir. Yeni serial çəkilişləri haqda isə mediaya hələ ki, heç bir məlumat sızdırılmayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31