Aygün Kazımovanın türkiyədə tanıtım layihəsi uğurla davam edir
15 İyul 2013 16:03 Mədəniyyət"OLAYLAR"ın verdiyi məlumata görə Xalq artisti Aygün Kazımovanın dünya layihəsinin piarı yüksək sürətlə davam edir. Bu gün Türkiyənin ən nüfüzlu "Hürriyyet", "Sabah", Günaydın", "Habertürk","Takvim", qəzetləri ana xəbər olaraq "Azərbaycandan Los-Ancels"-ə başlığı ilə Azərbaycan Respublikasının xalq artisti Aygün Kazımova və dünya reperi Snoop Dogg-un birgə olan "Coffee from Colombia" layihəsindən özəl xəbərlər dərc ediblər. Eyni zamanda albomun İtunes-də və bir çox dünya musiqi saytlarında reytinqi hər gün yüksəyə doğru irəliləyərək birinci yerdə qərarlaşıb. Xalq artisti hal-hazırda İstanbulda Murat Yeterin rəhbərlik etdiyi orkestri ilə konsert proqramlarının məşqini edir. Belə ki,bu ayın axırı xalq artisti "Amburan"-da konsert proqramı ilə çıxış edəcək. Avqustun ilk günləri isə ənənəvi olaraq istirahət mərkəzlərinin birində konsert baş tutacaq. Qeyd edək ki, hər iki konsertin prodüseri Tolik olacaq. Aygün Kazımova sadəcə bir cümlə ilə münasibət bildirib: "Əzizlərim bu hələ başlanğıcdır,sizə hələ çox sürprizlərim var".