Dünya ulduzlarının toy və dəvət qiymətləri - REYTİNQ

Amerikalı müğənni və aktrisa Cennifer Lopes Türkmənistan prezidenti Qurbanqulu Berdımuhəmmədovun ad gününə həsr olunmuş təntənəli konsertdə çıxış edəndən sonra sərt tənqid edilmişdi.
Lopesin həmin ad gününə 1 milyon dolların müqabilində getdiyi də bəlli olub.
Milli.Az Mail Online-a istinadən bildirir ki, məşhur "Slate" jurnalı dünya şou-biznesinin ulduzlarının toy və dəvət qiymətlərini açıqlayıb.
Toylara və tədbirlərə getmək üçün ən çox pul istəyən qrup "Eagles"dir. Bu qrupu çağırmaq istəyən şəxs və ya təşkilat 6 milyon dollarından keçməlidir.
Rokun digər əfsanəsi olan "Rolling Stones"un toy, ya da çıxış qiyməti bir gün üçün 5,3 milyon dollardır.

"Beatles" qrupunun sllisti Pol Makkartni toylara və ad günlərinə 1 milyon dolların müqabilində yollanır.
Dünya şou-biznesinin digər ulduzlarının toy, dəvət, ziyafət və ad günləri ilə bağlı "çağırış" qiymətləri belədir:

Selin Dion - 4 milyon dollar
Kristina Agilyera - 2,5-3 milyon
Çarli Şin - 250 min
Hilari Suonk - 500 min
DJ Tiesto - 350 min
Eminem - 5 milyon
Rianna - 3 milyon
Şakira - 2,5 milyon
Beyons - 2 milyon
DJ Quetta - 3 milyon

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31