Mənsum İbrahimov Qəbələdə solo konsert verəcək
12 İyul 2013 16:30 MədəniyyətYenicə Tacikistandan qayıdan Xalq artisti, xanəndə Mənsum İbrahimov səfər təəssüratları haqda "OLAYLAR"a danışdı: "Tacikistandan yenicə dönmüşük. Səfərimizin əsas məqsədi bu ölkədə təşkil olunan dünya Musiqi Festivalına qatılaraq ölkəmizi Qarabağ muğam qrupu olaraq təmsil etmək olub. Təşkil olunan mötəbər tədbirdə tələbəm Aytən Məhərrəmova ilə birgə çıxış etdim. Festivalda sonra isə solo konsertlə qrup heyəti olaraq birgə çıxış etdik. Konsertimiz bu ölkənin mediası tərəfindən də yüksək səviyyədə işıqlandırıldı". Mənsum İbrahimov səfər çərçivəsində yeni işbirliklərinə imza atdığını söyləyərək Qəbələdə baş tutacaq konsertindən danışır: "Səfər çərçivəsində bir sıra işbirliklərinə də imza atdıq. Sentyabrda "Leyli və Məcnun" tamaşasını ölkənin digər şəhərində yenidən nümayiş etdirəcəyik.
Beynəlxalq Musiqi Festivalı ilə əlaqədar olaraq iyulun 31-də Qəbələdə solo konsertlə çıxış edəcəyəm.