Müğənninin qızı qardaşı ilə nişanlandı?
"O, anamın oğlu olmayıb"
13 İyul 2013 04:31 MədəniyyətÖtən il faciəli şəkildə qəfildən dünyasını dəyişən dünya şöhrətli müğənni Uitni Hyustonun qızı nişanlanıb. ANS PRESS-in dünya mətbuatına istinadla verdiyi məlumata görə, 49 yaşlı sənətçinin yeganə qızı olan 22 yaşlı Bobbi Kristina Broun anasının ögey oğlu, 22 yaşlı Nik Qordonla nişanlanıb.
Kristina "Qardaşınla nişanlamısan?" sualını eşitməkdən bezdiyini, onların qardaş-bacı olmadığını deyib. Nişan xəbərini "Facebook"dan təsdiqləyən Broun "Uitni yaşasaydı bu evliliyə razılıq verərdi? deyə məndəndən soruşurlar. Artıq bu suallardan bezmişəm. Biz qardaş-bacı deyilik. Anam onu övladlığa götürməyib. Onsuzda o, bizim bir gün birlikdə olacağımızı mənə demişdi", deyə yazıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31