Beren Saat kor halı ilə görüntülənib
12 İyul 2013 14:56 Mədəniyyət"OLAYLAR"ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, "Aşka sürgün" serialı adını Türkiyənin kino tarixinə həkk etdirən sevilən aktrisa Beren Saat bu dəfə də kor halı ilə fotoqrafların kamerasına tuş gəlib. Amerikalı rejissorlar tərəfindən çəkilən "Black" filminin ssenarisi əsasında hazırlanan "Benim dünyam" adlı filmin əsas qəhrəmanı olan aktrisa ssenariyə görə anadangəlmə lal, kar və kor olan zavallı qızın həyatını canlandıracaq. Uğur Yücelin rejissorluğu ilə çəkilən filmin ilk görüntüsü aktyorların fayton səyahəti zamanı çəkilib. İmicini də dəyişərək uzun ətək bir paltar geyinən aktrisanın nişanlışı Kenan Doğulu da bu arada sevgilisini yalnız buraxmayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31