Əməkdar atist: “Yaşlı xalq artisləri güzəştə getməyi bacarmalıdırlar”

Azərbaycanın əməkdar artisti Firuzə İbadova adları son zaman qalmaqallarda hallanan xalq artistlərini qınayıb. O, sənət dostlarını barışığa səsləyib. SİA-ya açıqlama verən Firuzə xanım, bu zamanadək heç kimlə dalaşmadığını da xüsusi ilə diqqətə çatdırıb: "Xalq artistləri Flora Kərimova, İlhamə Quliyeva, Aygün Kazımova və Brilliant Dadaşovanın adlarının son vaxtlarda qalmaqallarda hallanması məni çox üzür. Qalmaqal yaradan xalq artistlərinin hər birinin qəlbimdə xüsusi yeri var. Brilliant xanım çox böyük sənətkardır. Aygün xanım da performansları ilə səhnəmizə başqa abu-hava gətirib. İlhamə və Flora xanımın sənətlərinə isə söz ola bilməz. Onların arasında söz-söhbət olmamalıdır. Allah o kəslərə lənət etsin ki, xalq artistləri arasında qalmaqal yaradır. İki nəhəngin yəni Flora və İlhamə xanımın adı qətiyyən bu cür söz-söhbətlərdə çəkilməməlidir. Çox istərdim ki, onlar arasında barışıq olsun. Onu da deyim ki, yaşlı xalq artisləri bir az güzəştə getməyi bacarmalıdırlar. Cavan nəslin də haqqı yoxdur ki, özündən böyük olan sənətçini təhqir etsin. Nəzərinizə çatdırım ki, xalq artisti adı böyük tituldur. Mən 42 ildir bu sənətdəyəm ancaq əməkdar artistəm. Böyük sənətkarların suyunu içə-içə bu fəxri ada layiq görülmüşəm. Hər zaman çalışmışam ki, heç kimlə qalmaqal etməyim. Hətta düşmənimin ayağına gedərək barışığa imza atmışam. Buna səbəb isə məni sevənlərin olmasıdır. Xalq bizdən daha yaxşı şeylər gözləyir. Gənclər bizim bu hərəkətimizi kənardan izlədikdə hörmət qoymurlar. Ona görə də sənətdə özlərindən böyük olan incəsənət nümayəndələrini saymırlar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31