Xalq artisti hotel açmaq istəyir

“Həmişə arzum olub ki, 30 otaqlı, xudmani bir hotelim olsun”

Xalq artisti Faiq Ağayev gələcəkdə hotel açmaq fikrindədir. Publika.az-ın məlumatına görə bu sözləri sənətçi "Şou Rəhimli" proqramında söyləyib: "Həmişə arzum olub ki, 30 otaqlı, xudmani bir hotelim olsun. Gələcəkdə imkan olan kimi bu arzumu reallaşdıracağam. Elə evim də hotel üslubundadır. Balaca evi bu üslubda dizayn etdirmişəm, balaca olsa da hər kəs burada rahatlıq tapır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31