“Bu Şəhərdə” konsertə hazırlaşır

İldə iki dəfə bir neçə gün konser verməklə pərəstişkarlarını sevindirən “Bu Şəhərdə” qrupu yeni konsertin hazırlıqlarına başlayıb

"OLAYLAR"ın məlumatına görə, bu haqda "Bu Şəhərdə"nin ssenari müəllifi Müşfiq Abbasov verdiyi açıqlamasında deyib. Müşfiq Abbasov sponsor baxımından da heç bir problemin olmadığını vurğulayır: "Hazırda oktyabrda Heydər Əliyev adına Respublika Sarayında təşkil olunacaq növbəti konsertin hazırlıq işləri görülür. Konsertlə bağlı hələ də çox şey dəqiqləşməyib. Həmişəki kimi bu dəfə də 7 ssenari ilə auditoriyada əyləşən tamaşaçıları sevindirəcəyik. Sponsor baxımından isə şükürlər olsun ki, heç bir problem yoxdur. Konsert bitdikdən sonra komediya janrnda olan bir ssenarini ekranlaşdırcağıq ki, bu filmin baş aktyorları Rafael və Coşqun olacaq. "Bu Şəhərdə" aktyorlarından başqa filmdə digər tanınmış aktyorlar da rol alacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31