Rafet El Roman şəxsi həyatında olan buzları əritdi
Öncə qızlarına görə sevgilisindən ayrıldı, daha sonra isə ona yenidən geri döndü
11 İyul 2013 17:39 Mədəniyyət"OLAYLAR"ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, məşhur müğənni bir neçə müddət bundan öncə nişanlı olduğu segilisi Cerendən ayrıldığını demişdi. Bunun səbəbini qızlarının etirazı ilə izah edən məşhurun gözlənilməz addımına nişanlısının atası sərt reaksiya verərək barəsində olar-olmaz məlumatlar yaydı. Rafet El Roman isə öz növbəsində səslənən fikirlərin reallığı əks etdirməməsini deyərək şərəf və ləyaqətinin təhqir olunmasına görə məhkəməyə müraciət etdi. Artıq bir neçə gündür ki, barışma xəbəri yayılan cütlük şəxsi münasibətlərində olan problemləri həll edib. Ötən gün Türkiyədə radio dalğaların birinə qonaq qismində qatılan ifaçı məsələyə beləcə aydınlıq gətirərək məhkəmə haqda verilən suallardan yayınıb: "Bir hadisə idi oldu. İndən belə bir daha ayrılmayacağıq. Cerenin atasının haqqımda səsləndirdiyi fikirləri bir baxımdan normal qarşılamaq olar. Düşünürəm ki, bir ata bu cür ifadələri əsəbləşdiyi üçün söyləyə bilər. Artıq hər şey qaydasındadır".