Səyahətə gedən vətəndaşların nəzərinə

Mədəniyyət və Turizm Nazirliyi səyahətə gedən vətəndaşlara müraciət edib. Trend-in məlumatına görə, müraciətdə deyilir ki, yay mövsümünün başlanması ilə əlaqədar olaraq Azərbaycan vətəndaşlarının xarici ölkələrə turist səfərlərinin sayında artım müşahidə olunmaqdadır:
"Bununla əlaqədar, əhalinin nəzərinə çatdırırıq ki, turizm şirkətləri vasitəsilə səyahətlərini təşkil edərkən həmin şirkətə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən turizm fəaliyyəti üçün verilmiş lisenziyanın olub-olmamasını, turist vauçerini və "Turizm haqqında" Azərbaycan Respublikası Qanununun 9.1 maddəsinin tələblərinə uyğun olaraq şirkətlə müştəri arasında müqavilənin bağlanmasını tələb etsinlər".
Şikayətlər üçün əlaqə nömrəsi: (012) 492-88-50

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31