Yorularaq rəqs zalında yatdığım vaxtlar da olub

Cenifer Lopes həyatının ağrılı anlarından danışdı

"OLAYLAR"ın verdiyi məlumata görə, ingilis dilli məşhur jurnallardan birinə müsahibə verən dünyaca məşhur müğənni Cenifer Lopes doğuluğu yerə son olaraq 33 il biryerdə yaşayan valideynlərinin ayrıldığını eşidərək getdiyini deyib. O, açıqlamalarında bu günə qədər çox əzab-əziyyətlərə sinə gərdiyini deyərək kirayədə qaldığı günlərin acı xatriələrindən də danışı. Digər iki otaq yoldaşı imkansız, kiçicik bir evdə yaşadığını söyləyən müğənni vaxtını daha mənalı keçirmək üçün bu illərdə rəqs və idmanla məşğul olduğu haqda danışıb: "Təhsilimdən imtina edərək rəqs dərslərinə getdikdə 18 yaşım vardı. Yorularaq rəqs zalında yatdığım vaxtlar da olub. Yatmağa yerim yox idi, evsiz idim. Aylar sonra rəqsə olan marağım mənə şöhrət gətirdi. Artıq Avropada da tanınmağa başlamışdım. Daha sonra karyeramda irəliləyişlər əldə edərək Los-Anclesdə yamağı qərara aldım. Buranı çox sevirəm, lakin Los-Ancles mənə doğulduğum şəhər qədər güc vermir". Müğənni anası haqda təəssüratlarını da bölüşüb: "Anamla fərqli-fərqli düşüncələrdə idik. Mənim fikirlərim onun üçün qəbuledilməz idi. Anam heç rəqs etməyimə belə razı olmurdu. Heç vaxt anamdan hansısa işə girişərkən dəstək görməmişəm". İşə alışqan olduğunu deyən Ceylo istirahəti də sevmir: "İstirahəti sevmirəm. İki həftə dincəldikdən sonra yenidən işə başlamağı qərara alıram. Önümüzdəki isti yay aylarında da məni sevənləri fərqli layihələrlə sevindirəcəyəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31