Bəstəkar Şəfiqə Axundovanın səhhəti pisləşib
11 İyul 2013 14:00 MədəniyyətŞərqin opera yazan ilk qadın bəstəkarı Şəfiqə Axundovanın səhhəti pisləşib. Trend Kanal S-ə istinadən xəbər verir ki, ötən gün saat 23:00 radələrində sənətkar Şəki Mərkəzi Rayon xəstəxanasına yerləşdirilib. Onun səhhəti ötən axşam qətildən pisləşib. əkimlərin müdaxiləsindən sonra xalq artistinin vəziyyəti normallaşıb. Onun müalicəsi xəstəxananın reanimasiya şöbəsində davam etdirilir.
Bir aya yaxın Şəkidə yaşayan bəstəkarın bu müddət ərzində səhhətində hər hansı problem yaranmayıb.
Qeyd edək ki, 89 yaşlı xalq artisti uzun müdddətdir ürək xəstəliyindən əziyyət çəkir. Bu il ərzində o, bir neçə dəfə xəstəxanada müalicə edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31