Corc Kluni yenə subaydır

Dəfələrlə məşhur aktyor Corc Kluni və sevgilisi Steysi Kibler haqqında ayrılıq xəbərləri yayılsa da yalan çıxıb. Amma bu dəfə məşhur cütlük, deyəsən, doğrudan ayrılıblar. Sevgililərə yaxın olan mənbə deyib:
"Steysi dedi ki, hər şey bitdi. O, ailə və uşaq istəyir. Corc isə bunlara fərqli yanaşır. Onlar ayrılmağa qərar verdilər. Cütlük bir neçə həftə öncə ayrıldı".
Lakin aktyorun və sevgilisinin dost qalacaqları deyilir. Kluni isə yenidən axtarışlara başlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31