Əri ilə birgə olduğu üçün Ajda Pekkanı məhkəməyə verdi

İşadamı Tuğçe Çavuşoğlu boşanmağa hazırlaşdığı həyat yoldaşı Bülent Çavuşoğlunun Ajda Pekkanla ona xəyanət etməsini diida edərək təzminat tələb edib

"OLAYLAR"ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, qarşı tərəf iddia ilə məhkəməyə müraciət edərək Ajda Pekkandan 250 min türk lirəsi dəyərində təzminat tələb edib. Şikayətçi tərəf məhkəməyə təqdim etdiyi ərizədə rəzil olduğu üçün cəmiyyət içinə çıxa bilmədiyini, getdyi məkanlarda səsləndirilən mahnıların yarıda kəsuilərək superstarın ifası ilə əzələndiyini deyərək dəymiş zərərin ödənilməsini tələb edir. İddiaçı tərəf olayların necə baş verməsinə aydınlıq gətirərək Ajda Pekkanla həyat yoldaşının bitr reklam firmasınnı işbirliyinə görə tanışdığını deyərək telefona gələn mesajları oxuduğunu da vurğulayıb. Həyat yoldaşı Bülentlə eyni marka və rəngdə olan telefon istifadə edən Tuğçe bir gün səhvən yoldaşının telefonunu götürrəkən Ajda Pekkandan ona sevgi mesajlarının gəldiyini söyləyib. Bir müddə öncə yüksək vəzifədə işləyən Bülent Çavuşoğlunun işdən azad edilməsinə səbəb kimi onun Ajda Pekkanla bir-birinə sarılmış formada çəkdirdiyi şəkillər olub. Şikayətçi tərəfin vəkili iddia ərizəsində Bülent Çavuşoğlunun evli olduğunu bilərək müğənninin onunla münasibətə girməsini, həmçinin şikayətçi tərəfin həyat yoldaşının Ajdadan 23 yaş kiçik olmasını nəzərə alaraq qarşı tərəfə dəyən mənəvi zərərin ödənilməsini tələb edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31