Maykl Ceksonun ölümü ilə bağlı məhkəmənin növbəti iclası oldu
Bu dəfə Ceksonun konsertlərinin təşkilatçısı olan şirkətin rəhbəri ifadə verib
11 İyul 2013 12:42 Mədəniyyət2009-cu ilin iyununda dərman zəhərlənməsindən dünyasını dəyişmiş pop kralı Maykl Ceksonun ölümü ilə bağlı məhkəmə işi davam edir. Ötən gün hakim qarşısında Ceksonun ən son hazırlaşdığı konsertlərin təşkilatçısı olan şirkətin rəhbəri ifadə verib. Kenni Orteqa adlı şəxs bildirib ki, Maykl Cekson ölümündən 6 gün əvvəl artıq məşqlər zamanı titrətməyə başlamışdı.
"Qarşımda məni qorxudan Maykl görürdüm. Onun xarici görünüşü də məni çox narahat etməyə başlamışdı." - Kenni Orteqa belə deyib. O, Maykl Ceksonun son günlərini təsvir edərkən, pop kralının məhkəmə zalında olan anası göz yaşlarını saxlaya bilməyib.
Qeyd edək ki, Maykl Ceksonun ölümü ilə bağlı məhkəmə işi onun anası tərəfindən verilmiş iddia ərizəsinə əsasən başladılıb.