“Müstəqillik dövrün ədəbiyyatı və Heydər Əliyev” adlı mövzuda dəyirmi masa keçirilib
Bu gün Azərbaycan Yazıçılar Birliyində Heydər Əliyevin müstəqillik dövrü Azərbaycan ədəbiyyatında xidmətlərinə həsr olunan konfrans təşkil olunub
10 İyul 2013 18:13 Mədəniyyət"OLAYLAR"ın məlumatına görə, bir çox ziyalıların qatıldığı görüşdə Heydər Əliyevin hakimiyyətdə olduğu dövrdə ədəbiyyata göstərdiyi diqqət və qayğı müzakirə olunub. Tədbiri giriş sözü ilə açan tərcüməçi Səlim Babullaoğlu öncəki illərdən fərqli olaraq müasir dövrdə ədəbiyyatda yeni-yeni janrların yaranması haqda danışaraq Heydər Əliyevin bu istiqamətdəki fəaliyyətini qiymətləndirib: "Heydər Əliyevin hakimiyyətə gəlişi ilə ədəbiyyatımızda da dirçəliş yarandı. Artıq Azərbaycan da dünya ölkələrinə öz səsini çatdıra, mədəniyyətini layiqincə təmsil edə biər. 20 illik müstəqillik dövründə ədəbiyyatımızın problemlərinin tam həll olunduğunu demək olmaz. Bunun üçün bir neçə şəxsin deyil, kütlə halında ədəbiyyatımızda olan problemləri həll etməyə çalışmalıyıq. Son illər ölkəmizin müstəqillik əldə etməsi ilə əlaqədar mətbuatda, müxtəlif nəşrlərdə Heydər Əliyevin xidmətləri layiqincə qiymətləndirildi. Mərhum prezident Azərbaycan Yazıçılar Birliyinə də xüsusi diqqət və qayğı ilə yanaşdı. Mərhum prezidentin birliyimizin 10-cu qurultayında səsləndirdiyi fikirlər də fəaliyyətimizdə dönüş yaratdı". Daha sonra çıxış edən Aydın Xan Əbilov da dəyirmi masada təşkil olunan mövzu haqda fikirlərini bölüşərək Heydər Əliyevin xidmətlərindən danışıb: "Heydər Əliyev hakimiyyətə gəlməsəydi ədəbiyyatımızda da bu qədər dirçəliş olmazdı. Artıq sovet dövründən fərqli olaraq hazırda Azərbaycan ədəbiyyatında bir sıra mövzularla yanaşı ictimai-siyasi məsələlərə də toxunulur. Yusif və Vaiqf Səmədoğlu, Anar, Elçin müstəqilik illərində Azərbaycan ədəbiyyatına yeni nəfəs gətirdi. Artıq insanlar bu cür əsərləri oxumaqla həm də ölkə gündəmində baş verən və ola biləck hadisələr haqda özlərində təsəvvür formalaşdırır. Ədəbiyyatımızda ictimai-siyasi məsələlərə maraq yaranmaqla insanların da düşüncəsində bu cür önəmli məsələlərə maraq oyandı. Anarın "Ağ qoç, qara qoç", Elçinin "Bayraqlar" əsərində gələcəkdə baş verə biləcək hadisələrdən danışılırdı". A. Əbilov müstəqillik illərindən danışarkən Heydər Əliyevin sayəsində neft gəlirlərini artdığını, insanların rifahının yaxşılaşdığını, sosial aləmdə də bir sıra problemlərin həllini tapdığını vurğuladı. Tədbir digər iştirakçıların çıxışı ilə davam etdi
Nigar Məhərrəm