Tanınmış müğənni: "Ay camaat, mən bədbəxtəm, hamıdan bədbəxt"
"Ailə qurmaq həyatımda heç nəyi dəyişməyəcək. Çünki biz yeddi ildir birlikdəyik"
10 İyul 2013 17:37 MədəniyyətGənc müğənni Ayan şəxsi həyatı haqqında maraqlı açıqlamalar verib. ANS PRESS-in məlumatına görə, sənətçi ATV-nin "10lar" proqramına müsahibəsində şəxsi həyatında hər şeyin çox gözəl davam etdiyini deyib:
"Ailə qurmaq həyatımda heç nəyi dəyişməyəcək. Çünki biz yeddi ildir birlikdəyik, o, hər zaman yanımda olub. Xoşbəxtlikdən danışıb, gözə gəlməkdən qorxuram. Ay camaat, mən bədbəxtəm, hamıdan bədbəxt. Qoy bir az pisləyim. Çox qısqancam, sevgilimin telefonu hər zaman məndə olur. Sevgi olan yerdə mütləq qısqanclıq da olmalıdır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31