“Toğrulu xatırlayaraq” adlı sərgi keçiriləcək

İyulun 11-də Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Milli İncəsənət Muzeyində görkəmli fırça ustası, SSRİ və Azərbaycan Dövlət Mükafatları laureatı, Xalq rəssamı, "İstiqlal" və "Şərəf" ordenli Toğrul Nərimanbəyovun vəfatının 40-cı gününə həsr olunan "Toğrulu xatırlayaraq" adlı sərgi keçiriləcək
Nigar, "OLAYLAR" İA. Mədəniyyət və Turizm Nazirliyindən əldə etdiyimiz məlumata görə, sərgidə rəssamın Azərbaycan Milli İncəsənət Muzeyi və Azərbaycan Dövlət Rəsm Qalereyasında saxlanılan əsərləri nümayiş etdiriləcək.
1980-ci ildə Fikrət Əmirovun "Min bir gecə" baletinin bədii tərtibatına görə isə SSRİ-nin Dövlət mükafatları verilmiş, elə həmin il rəssam "Qırmızı Əmək Bayrağı" ordeni ilə təltif edilmişdir. Toğrul Nərimanbəyov müstəqil Azərbaycanın "İstiqlal" və "Şərəf" ordenləri ilə təltif olunub.
1996-cı ildə ümummilli lider Heydər Əliyevin iştirakı ilə Kamera və Orqan Musiqisi Zalında T.Nərimanbəyovun solo konserti keçirilərək onun nadir istedadının və yaradıcılıq imkanlarının başqa bir tərəfi də yüksək səviyyədə qiymətləndirilib. Qeyd edək ki, Xalq rəssamı 2013-cü il iyunun 2-də Parisdə vəfat etmiş, iyulun 3-də Parisin mərkəzində yerləşən Passi qəbiristanlığında dəfn olunub.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31