"Muhteşem Yüzyıl"da qəfil yenilik
10 İyul 2013 16:24 MədəniyyətTükəndiyini və yorulduğunu deyərək çəkilişləri yarımçıq qoyaraq Almaniyaya yollanan, geri qayıtmayan Məryəm Üzərlinin yerinə Hürrəm Sultan roluna Vahide Gördüm təyin ediləndən sonra "Muhteşem Yüzyıl" serialı çox sərt tənqidlərə məruz qalmışdı.
Milli.Az AHT-yə istinadən bildirir ki, serialı çəkən "Tims Production" studiyası tamaşaçıların tənqidlərini bir qədər azaltmaq üçün serialda yeniliyə əl atıb.
Yeni mövsümdən etibarən serialda Sarı Səlim obrazı olacaq. Həmin rol "Öyle bir geçer zaman ki" serialındakı Mete rolundan sonra məşhurlaşan Aras Bulut İynemliyə həvalə ediləcək.
Aras Bulut İynemlini tamaşaçılar "Muhteşem Yüzyıl"da Qanuni Sultan Süleymanın oğlu Sarı Səlim rolunda yeni mövsümün ilk seriyalarından etibarən görəcəklər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31