Leyla Ramazanılı Türkiyəyə gedir
Gənc müğənni Leyla Ramazanlı həftə sonu Türkiyəyə gedəcək
10 İyul 2013 13:46 MədəniyyətBu haqda "OLAYLAR"a açıqlama verən müğənni Türkiyəyə getməsinin səbəblərindən danışıb: "Həftəsonu istirahət etmək üçün ailəmlə birgə Türkiyənin Antalya şəhərinə gedəcəyik. Türkiyədən başqa isti yay aylarında ailəmlə birgə digər Avropa şəhərlərində dincəlməyi planlaşdırırıq". İstirahətə yollanmazdan öncə iki yeni mahnı üzərində işləyən müğənni həmin ifaları payızda təqdim etməyi düşündüyünü deyir: "Musiqisi İsmail, sözləri Razu Əsədova aid ifa etdiyim yeni mahnıları sentyabrda pərəstişkarlarıma təqdim edəcəyəm". Payız aylarında "Göyqurşağı" və "Unut" adlı ifalarına klip çəkdirməyi düşünən gənc müğənni bu işləri bacısı Xavər Ramazanovaya həvalə edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31