"Youtube" Castin Timberleykin klipinə qadağa qoydu

“Hazırlaşın ədəbsiz klip gəlir!”

"Youtube" kanalı məşhur müğənni Castin Timberleykin "Tunnel Vision" mahnısına çəkilmiş yeni klipini bloka salıb. ANS PRESS-in show.az-a istinadən verdiyi məlumata görə, buna səbəb klipdə çılpaq modelin çəkilməsidir. 7 dəqiqəlik klipi 3 rejissor çəkib. Ümumiyyətlə, klipdə Timberleyk bir neçə epizodda var, qalan kadrlar isə çılpaq modellərdən ibarətdir.
Timberleyk klipi nümayiş etdirməmişdən Twitter bloqunda pərəstişkarlarını xəbərdalıq etmişdir: "Hazırlaşın ədəbsiz klip gəlir!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31