Mukimi adına Özbəkistan Dövlət Musiqili Dram teatrında “Arşın mal alan” əsəri özbək dilində tamaşaya qoyulub
9 İyul 2013 17:38 MədəniyyətMədəniyyət və Turizm Nazirliyindənə əldə etdiyimiz məlumata görə, 7 iyul 2013-cü ildə Mukimi adına Özbəkistan Dövlət Musiqili Dram teatrında dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun "Arşın mal alan" əsərinin tamaşası özbək dilində təqdim edilib. Tamaşanın baş rejissoru teatrın rejissoru Əhəd Fərmanov olmuşdur. Tamaşa yekun olaraq cari ilin sentyabrında nümayiş etdiriləcək.
Tamaşa dahi bəstəkar Üzeyir Hacıbəyovun "Arşın mal alan" əsərinin 100 illiyinə həsr olunmuşdur.
Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi və Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tamaşaya təşkilati dəstək göstərib. Qeyd edək ki, tamaşaya özbək tamaşaçıları tərəfindən böyük maraq olmuş və çıxışlar alqışlarla qarşılanmışdır. Rejissor tamaşada bir sıra yeniliklər etmiş və bəzi səhnələr müasirləşdirilib.
Sonda Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov təbrik çıxışı edərək dahi bəstəkar Üzeyir Hacıbəyovun ölməz "Arşın mal alan" əsərinin yalnız Azərbaycanda deyil, artıq bütün dünyada səhnələrini fəth etdiyini bildirib. O, tamaşadakı çıxışları yüksək qiymətləndirmiş və "Arşın mal alan"ın Özbəkistanın hər bir diyarında sevildiyindən məmnun olduğunu bildirib.