Rafet El Roman sevgilisinə geri döndü

Bir müddət öncə qızlarının təkidi ilə Ceren Kalpakarsalandan ayrılan müğənni Rafet El Roman sevgilisi ilə yenidən birgə görüntülənib

"OLAYLAR"ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, müğənni ailə həyatı qurmağa hazırlaşdığı sevgilisindən ayrıldığı üçün Ceren Kaplakarslanın atası tərəfindən təhqiramiz ifadələrlə qarşılaşıb. Buna görə, sevgilsinin atası Atilla Kaplakarslanın şərəf və ləyaqətinə ləkə gətirdiyini iddia edən müğənni məhkəməyə müraciət edərək qarşı tərəfdən 100 min türk lirəsi dəyərində təzminat ödənilməsini tələb edib. Sevgilisinin atası ilə münasibətlərini həll edə bilməyən Rafet El Roman bu arada yenə də Cerenlə birgə görüntülənib. O, jurnalistlərə verdiyi açıqlamasında münasibətlərinin yaxşı olduğunu deyərək tələm-tələsik ərazini tərk edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31