Arda Turan yayılan şayiələrə son qoydu

Aktrisa Sinem Kobalı ilə münasibətlərini rəsmiləşdirməyə hazırlaşan “Atletiko Madrid”li futbolçu Arda Turan əvvəllər sevgili olduğu şəxslə yayılan görüntülərə vəkili vasitəsi ilə aydınlıq gətirib.

"OLAYLAR"ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, futbolçunun vəkili Ercan Sevdimbaş təşkil etdiyi mətbuat konfransında mediada yayılan bu şəklin bir neçə il öncə çəkildiyini söyləyib: "Ötən gün müdafiəçsii olduğum Arda Turanın keçmiş sevgilisi Eda Türkmen ilə birgə şəkilləri yayılmışdı. Bu məsələyə aydınlıq gətirərək dedi-qodulara son qoymağı özümüzə borc bilirik. Düşünürük ki, bu cür məlumatalr sadəcə cəmiyyətdə bir şok ab-havasını yaratmağa xidmət edir. Xəbəri yayan əsas mənbələr, həmçinin sonrakı mənbələr etik qaydalara zidd addım atır. Jurnalistikaya ləkə olan bu cür qələm əhli özlərini məsuliyyətdən kənarda hiss etməsinlər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31