Almaz Ələsgərova qızının ikinci dəfə ərə getməsi xəbərlərinə aydınlıq gətirdi
"Bundan belə bu cür şaiyələrə yol verənləri məhkəməyə verəcəm”
9 İyul 2013 05:58 MədəniyyətƏməkdar artist Almaz Ələsgərli böyük qızı Mədinənin ikinci dəfə ailə qurması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Axşam.az saytına açıqlamasında müğənni deyib ki, qızı İsveçdə təhsil alır:
"Məgər, hər xaricə yollanan ərə gedir? Qızım İsveçdə oxuyur. Təhsilini başa vurandan sonra vətəninə qayıdacaq. O, xaricə oxumağa gedib, ərə yox. Yalan xəbərlər çıxarırlar. Bundan belə bu cür şaiyələrə yol verənləri məhkəməyə verəcəm".
Qeyd edək ki, "Space" telekanalında yayımlanan "Bazar" verilişində A.Ələsgərlinin böyük qızı Mədinənin İsveçdə əcnəbi vətəndaşla ailə qurduğu bildirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31