“O, hər zaman Faiq Ağayevin əlindən tutaraq...”

Faiq Ağayevlə Flora Kərimova arasında baş verən münaqişələrə münasibət bildirildi

Jurnalist-müğənni Cavanşir də müğənnilər arasında baş verən qalmaqala "OLAYLAR" vasitəsilə münasibət bildirdi: "Bu cür ifadələrin səslənməsini istəməzdim. Flora Kərimova korifey sənətkardır. Düşünürəm ki, əsəbləşərək belə ifadələr səsləndirib. O, hər zaman Faiq Ağayevin əlindən tutaraq sənətdə uğurlar qazanmağa kömək edib. Yəqin ki, gözlədiyi münasibəti görmədiyi üçün əsəbləşərək bu cür ifadələr səsləndirib. Kimisə nəyəsə görə qınamaq düzgün olmaz. Çünki Allah hər zaman qınadığın insanın taleyini son anda belə sənə çəkdirə bilər. Yenə də deyirəm, Faiq Ağayevin də, Flora Kərimova da bu münaqişələrdə özlərinə məxsus tutarlı əsasları var. Artıq tərəflər səslənən bu cür fikirlərlə əlaqədar bir neçə dəfə məhkəmədə də olublar. Vəziyyətin bu cür davam etməsini istəməzdim".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31