“Axınla üzü aşağı” bədii filminin çəkilişləri davam edir

Mədəniyyət və Turizm Nazirliyindən əldə etdyimiz məlumata görə, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında "Axınla üzü aşağı" bədii filminin çəkilişləri davam edir. İyun ayının 16-da başlanan çəkilişlər Mingəçevirdə "Kür" Olimpiya Mərkəzində, Mingəçevir su anbarında, Su Elektrik Stansiyasında və şəhərin digər yerlərində aparılır. Filmin ssenari müəllifi və quruluşçu rejissoru Asif Rüstəmov, quruluşçu operatoru Ayhan Salar, quruluşçu rəssamı Rafiz İsmayılov və icraçı prodüseri Nadir Əliyevdi. Qeyd edək ki, ailə-məişət mövzusunda olan filmdə Namiq Ağayev, Mehriban Zəki və digər aktyorlar rol alıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31