Məşhur aparıcı filmə çəkilir

Bir müddət aparcılıq edən, daha sonra reportyor kimi tanınan “Pilus-Minus” maqazin verlişinin müxbiri Tural Ozan Azərbaycan və Türkiyənin birgə işbirliyi olan “Acıtan Yürek” filmində baş rolda oynayacaq

Bu haqda Tural Ozan "OLAYLAR"a verdiyi açıqlamasında deyib: "Bu filmdə çəkilmək mənim üçün maraqlı olduğundan şansımı sınamağı qərara alaraq menecerlə əlaqə saxladım. Təqdim etdiyim sənədlər, şəkillərim Türkiyə və Azərbaycanda baxılaraq qərara alındı ki, filmin baş qəhrəmanlarından biri mən olum. Filmdə Türkiyənin məşhur aktyorları da rol alacaq".

Üç il aparıcı olduğunu deyən Tural bu sahədə də tanınmaq istədiyini vurğulayıb: "Üç il aparıcı olduğum üçün kifayət qədər tanınmışam. "Acıtan Yürek" filminə çəkilməklə bu sahədə daha çox tanına bilərəm. Çünki film təkcə Azərbaycanda deyil, həm də Türkiyədə yayımlanacaq". Azərbaycan və Türkiyənin işbrliyi olduğu üçün, həm sdə filmin peşəkar şəxslər tərəfindən çəkildiyini nəzərə alaraq şansını sınayan aparıcı bu haqda danışıb: "Bu film Azərbaycan və Türkiyənin işbirliyi olduğundan diqqətimi cəlb etdi. İstehsalçılar da çox peşəkar rejissorlardır. Buna görə düşünürəm ki, uğurlu bir işə imza atarıq". Tərəf müqabilləri haqda hələ ki, ətraflı danışmaq istəmədiyini deyən aparıcı seçilən xanımın tipinin ona uyğun oluğunu deyir: " Baş rolda iki xanım çəkiləcək. Hələlik adı açıqlanmayan, çox məşhur insanlardan biri baş qəhrəman olaraq seçilib. Tərəf müqabilimin mənə çox yaxın adam olması sevindirici haldır. Digər qəhrəmanız isə hələ ki, bəlli deyil". Tural Ozan gələcəkdə də peşəkar şəxslər tərəfindən təklifləri cavablandırcağını deyib: "Peşəkar iş, peşəkar mütəxəssislər olarsa niyə də çəkilməyim".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31