1,3 milyon dollara qayıq alan məşhur produsser kimdir? FOTO

Acun İlıcalı yeni aldığı motorlu qayığı ilə Bodrum şəhərinə istirahətə gedib

Məşhur aparıcı və produsser Acun İlıcalı 1,3 milyon dollara motorlu qayıq alıb. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Acun "Cigarette (Marauder)" marka qayığı ilə Bodrum şəhərində istirahətə gedib.
Acunun motorlu qayığından Türkiyədə başqa heç kimdə olmadığı bildirilir. Produsser "Donzi" markalı digər motorlu qayığını isə "Survivor" yarışmasının çəkilişləri üçün tez-tez gedib gəldiyi Panamada qoyub.
Qeyd edək ki, Acun İlıcalının bahalı avtomobillərə və motosikletlərə qarşı da marağı olduğu bilinir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31