Tatlısəsi “Twitter”də biabır etdilər

Qızı iddia edilən Dilan Çitak müğənnini təhqir etdi

Türkiyənin tanınmış müğınnisi İbrahim Tatlısəsin qızı olduğu iddia edilən Dilan Çitak Tatlısəsi hirsləndirəcək addım atıb. ANSPRESS Türkiyə mətbuatına istinadən xəbər verir ki, məşhur müğənninin İşıl Kundakçı birliyindən doğulduğu iddia edilən Dilan Çitak, "Twitter"ə yazdığı mesajda Tatlısəsi əməlli-başlı biabır edib.
O, Tatlısəsi uşağından xəbəri olmayan ata adlandırıb: "Ata var, Cem kimi uşağına hirsləndiyində səhərə qədər yata bilməyən, ata var, uşağından xəbəri olmayan..." Əslində, D.Çitak bu sözlərlə onu qəbul etməyən Tatlısəsə daş atıb.
Qeyd edək ki, D.Çıtakın Cem deyə bəhs etdiyi adam isə, ona sahib çıxıb, ailəüzvlüyünə qəbul edən ögey atası mərhum Cem Çitakdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31