Tanınmış balerina azərbaycanlı iş adamını türkə dəyişdi - FOTO

37 yaşlı rus balerina Anastasiya Voloçkova problemlərindən uzaqlaşmaq üçün Türkiyəyə istirahətə yollanıb

Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, Türkiyədəki ilk günü balerina dincələ bilməyib, özəl bir tədbirdə çıxış etməli olub. Amma sonrakı günlərdə istirahətin dadını çıxarıb.

Deyilənə görə, Nastya Türkiyəyə tək getmək istəmirmiş. Hətta ağlayır və öz mikrobloqunda yazırmış ki, sevgilisi Bəxtiyardan (azərbaycanlı iş adamı Bəxtiyar Səlimov - red.) aralı qalacağına görə çox üzülür.

Hətta istirahətinin ilk günü sevgilisi üçün çox darıxdığını, evinə, ailəsinin və sevgilisinin yanına qayıtmaq istədiyini yazıb.

Türkiyə səfərinin artıq ikinci günü isə Voloçkova "valı dəyişib": öz bloqunda türk kişilərə qarşı sevgi-məhəbbət izhar etməyə başlayıb. Üstəlik, gizli pərəstişkarlarından birinin ona göndərdiyi çox gözəl gül dəstələrinin də şəkillərini bloqunda yerləşdirməyə başlayıb.

Jurnalistlər bildirirlər ki, bu olay Anastasiyanın sevgilisi Bəxtiyar Səlimovu xeyli qısqandırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31