Yalandır!

Biz hansı zəmanəyə gəlib çatmışıq?

Dünya o dünya deyil, yalan dünyadır?

Bu halal dünyamıza haram qatmışıq,

Dünya o dünya deyil, yalan dünyadır?

***

Hesablara sığmayan günah almışıq,

Dünya o dünya deyil, yalan dünyadır?

Bir şey ki, qeyrətlərə qəlib salmışıq,

Dünya o dünya deyil, yalan dünyadır?

***

Saf qəlbləri sındıran, evləri yıxan,

Qürurları tapdayan, insandır, insan.

Dünya həmin dünyadır, insan yalandır,

Dünyanı yalan bilmək, özü yalandır! 

                              Əlibalayeva Gülnarə 

Cəfər Cabbarlı ev-muzeyinin böyük elmi-işçisi, jurnalist

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31