50 Cent zorakılıqda ittiham edilib

Məşhur repçi 50 Cent 5 il müddətinə həbs edilə bilər Publika.Az-ın məlumatına görə, o, keçmiş sevgilisini döyməkdə ittiham edilir. 37 yaşlı repçi Kertis Ceksona qarşı beş maddə irəli sürülüb. Musiqiçinin keçmiş sevgilisinin sözlərinə görə o, qızı möhkəm döyüb. Əgər Los Anceles məhkəməsi onu günahkar bilsə, reperi 5 il azadlıqdan məhrum etmə və ya 46 min dollar cərimə gözləyəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31