14 milyonluq rəsm əsəri

El Qrekonun "Müqəddəs Dominikin duası" əsəri rəssamın ən bahalı əsəri olub

Tanınmış ispan rəssamı El Qrekonun əsəri Londonun "Sotheby`s" hərracında, nə az-nə çox, 14 milyon dollara satılıb. Bu rekord məbləğ rəssamın "Müqəddəs Dominikin duası" əsərinə ödənilib və bununla da, sözügedən rəsm əsəri El Qrekonun ən bahalı əl işi olub. Dominikan ordeninin banisi olan və 13-cü əsrdə yaşayan Müqəddəs Dominikin qara buludlu səma fonunda təsviri 400 il əvvəl çəkilib. Hərracdan əvvəl onun 4,5-7,5 milyon dollara satılacağı proqnozlaşdırılırdı.
Ötən gün "Sotheby`s" hərracında El Qrekonun "Xaçda İsa" adlı başqa bir rəsm əsəri də satışa çıxarılıb. 2000-ci ildəbu əsərin ilkin variantı 5,8 milyon dollara satılmışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31