Gülhüseyn Kazımovun yeni kitabı çap olunacaq- Azərbaycanlı xanəndə haqqında
19 Avqust 2022 11:56 MədəniyyətGülhüseyn Kazımovun yeni kitabı çapdan çıxacaq.
Olaylar.az xəbər verir ki, bu barədə Gülhüseyn Kazımov öz facebook hesabında paylaşım edib. Paylaşımda deyilir:"Yeni kitab gəlir.
Kitab Beynəlxalq Muğam Mərkəzində büstü ucaldılmış 30 ən qüdrətli xanəndələrimizdən biri,Avropaya 6 aylıq qastrol səfərinə çıxmış ilk azərbaycanlı xanəndə(1927-ci il),"Şüştər" muğamının ən mahir ifaçısı,1872-ci ildə Şuşada doğulmuş,1962-ci ilə kimi İstanbulda yaşayan Məşədi Məmməd Fərzəliyvə həsr olunub.
Kitabda son illər Professor Murad Hüseynov və mən,habelə araşdırmaçı jurnalistlər Dilqəm Əhməd və Hafiz Əhmədov tərəfindən böyük xanəndəmizim Türkiyədəki irsinə aid aşkar edilmiş ən yeni arxiv sənədlərinə də xüsusi bölmə ayrılıb"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31