Xalq artisti Flora Kərimova və bəstəkar Sevinc Tofiqqızı bir araya gəliblər
4 İyul 2013 15:37 Mədəniyyət"Olaylar"a açıqlama verən Sevinc Tofiqqızı bildirib ki, onu yeni bəstələrindən birini xalq artisti Folra Kərimova ifa edib: " Bu yaxınlarda yeni bəstələdiyim bir mahnım işıq üzü görəcək. Musiqim "Qəlbim sənsən" adlanır. Bu bəstlədiyim mahnımın sözləri, şairə İlahə Xuduqızına aiddir, oranjımanı isə Osman bəyə məxsusdur. Şairə İlahə xanım mənə öz şerilərindən təklif etdi və musiqi bəstələməmi istədi. "Qəlibim sənsən" şerini seçdim və ona musiqi bəstələdim. Daha sonra bizim korefey sənətkarımız Flora Kərimova bu mahnının dinlədi, bəyəndi və ifa etməyə qərar verdi. Artıq mahnını Flora xanım dünən studiyada oxuyub. İnşallah yaxın günlərdə işıq üzü görəcək".
Onu da deyək ki, Sevinc Tofiqızının bəstəsi olan Flora Kərmivanın ifa etdiyi "Qəlibim Sənsən" mahnısına yaxın zamanlarda rejissor Nicat Qafuroğlu tərəfində klip də çəkiləcək.