Gülben Ergen sabiq ərinə üz tutdu, qarğış etdi
Türkiyənin tanınmış müğənnisi Gülben Ergen üç övladının atası, 15 ay əvvəl boşandığı Mustafa Erdoğana media vasitəsilə ismarıc yollayıb
4 İyul 2013 15:12 MədəniyyətMilli.Az AHT-yə istinadən bildirir ki, Müstafa Ərdoğan xanımına "Anadolu Ateşi" qrupundakı rəqqasə ilə xəyanət etmişdi. G.Ergen də Twitter-dəki profilində sabiq ərinin adını çəkməyərək ona xitab elib: "Sadiq kişi hər zaman cazibədar kişidir. Beləsini axtarmaram. O məni tapar". Bu sözlərdən sonra Ergenin profili haker hücumuna məruz qalıb. Bir müddət sonra profili bərpa edən G.Ergen hisslərini cilovlaya bilməyib: "Hansısa yaramaz mənimlə "zarafat" edir.
Profilimə haker hücumu oldu. O adamın həyatı ayağına dolaşsın. Doğru olanlar yolundan sapmaz. İntriqaçılar..."
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31