NƏDİR?

Nakam məhəbbətin qurbanısansa,

Üçüncü bir şəxsin günahı nədir?

İntiqam hissiylə alışırsansa,

Günahsız insanın günahı nədir?

***

Bu hissin sonu yox, əzabı çoxdur,

Bir özünü düşün, günahın nədir?

Qəlbində küdurət xəyalı çoxdur,

Əzilən qəlbinin tamahı nədir?

***

İntiqam hissiylə alışıb yansan,

Bilməyəcəksən ki, sabahın nədir.

Şeytan əməlinə sən uyacaqsan,

Bilməyəcəksən ki, izahı nədir.

***

Sədaqətini  də qurban verib sən,

Bilməyəcəksən ki, rifahı nədir.

Ləyaqətini də, itirəcəksən,

Bilməyəcəksən ki, pənahı nədir.

***

Əzablar içində çarpışacaqsan,

Bilməyəcəksən ki, nicatı nədir.

Hər yerdə səbəbkar axtaracaqsan,

Bəs onun özgəylə nigahı nədir?

Əlibalayeva Gülnarə

                               Cəfər Cabbarlı ev-muzeyinin  böyük elmi-işçisi, jurnalist.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31