Nazirliyin Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsinin müdiri Vasif Eyvazzadə Parisdə işgüzar səfərdədir
2 İyul 2013 18:48 MədəniyyətMədəniyyət və Turizm Nazirliyindən "OLAYLAR"a verilən məlumata görə, 2013-cü ilin 1-4 iyul tarixində Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsinin müdiri Vasif Eyvazzadə Parisdə 14 noyabr 1970-ci il Konvensiyasına üzv dövlətlərin fövqəladə iclasında iştirak edir. İclasda YUNESKO-nun "Mədəni dəyərlərin qanunsuz olaraq ölkəyə gətirilməsi, ölkədən çıxarılması və mülkiyyət hüququnun qanunsuz olaraq başqasına verilməsinin qadağan olunması və qarşısının alınmasına yönəldilmiş tədbirlər haqqda müzakirələr təşkil ediləcək. İclasda komitə üzvlərinin seçilməsi, fəaliyyət müddətinin müəyyən edilməsi, icra mexanizmlərinin hazırlanması və s. məsələlər nəzərdə tutulur. Tədbirdə iştirak edən Vasif Eyvazzadə və Azərbaycan Respublikasının YUNESKO yanında Daimi Numayəndəliyin müvəqqəti işlər vəkili Anar Kərimovdan ibarət Azerbaycan nümayəndə heyətinin məsələ ilə bağlı çıxışı gözlənilir.