Elmira Ələkbərzadə “Leyli və Məcnun”u oxuyacaq

Tanınmış müğənni Elmira Ələkbərzadə sözləri özünə, musiqisi Muxtar Abhüseynova aid "Leyli və Məcnun" adlı yeni mahnı üzərində işləyir. Bu haqda müğənninin mətbuat katibi Mehri Alıquliyeva "OLAYLAR"a məlumat verib. Onun sözlərinə görə, Emma Ələkbərzadə reper Qurdla ifa etdiyi mahnısına da klip çəkdirməyi düşünür. İfaçı Gürcüstan və Texasda fərqli ifalara klip çəkirməyi planlaşdırır. Müğənni Roza Zərgərli ilə işbirliyi quran E.Ələkbərzadə bu fəaliyyəti gələckədə də davam etdirəcək: "Bildiyiniz kimi Roza Zərgərli İncəsənət Universitetinin rejissorluq fakültəsini bitirib. Bu vaxtadək Emma xanım özünün "Qəbdən sevən" və Samirə Allahverdinin "Həzrət Məhəmməd" adlı ifalarının ekran əsəsrini Roza xanıma tapşırıb. Birgə layihələrimiz çox uğurlu alınıb. Düşünürəm ki, gələcəkdə də bu işbirliyi davam etdiriləcək". İşlərin çox olması ilə əlaqədar istirahətə vaxt ayıra bilməyən müğənni imkan tapan kimi doğma diyarı Şəmkirdə istirahət edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31