Bakı Uşaq Teatrı festivallarda uğurla təmsil olunur

Bakı Uşaq Teatrının Türkiyənin EKsanat teatrı ilə birlikdə pilot layihə olan "Türk Xalqlarının Teatrı" layihəsi çərçivəsində İntiqam Soltanın quruluşunda "Sıravi Dursun" tamaşasının təqdimatı  dekabr ayında Bakı şəhərində uğurla reallaşdı. Layihənin II mərhələsində tamaşanın Türkiyədə  nümayişi nəzərdə tutulurdu. Bakı Uşaq Teatrı  19-26 iyun tarixlərində  Türkiyə Respublikasında qastrol səfərində olub. Türkiyənin Gerze, Bulancaq, Merzifon, Samsun, Sinop, Girəsun kimi  şəhərlərində  "Sıravi Dursun" tamaşasının  nümayişi çox uğurla keçib. Bu haqda "OLAYLAR"a Bakı Uşaq Teatrının mətbuat xidmətindən məlumat verilib. Səfər zamanı Türkiyənin adı çəkilən şəhərlərinin Bələdiyyə Başkanları və teatrın direktoru, eləcə də tamaşanın quruluşçu rejisoru ilə İntiqam Soltan arasında rəsmi görüşlər keçirilərək gələcəkdə də  iki qardaş ölkə arasında belə layihələrin həyata keçirilməsinin   zəruri  oloduğu vurğulanıb. Türkiyə tərəfindən bu tamaşalara görə Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev və Bakı şəhəri İcra hakimiyyətinin başçısı Hacıbala Abutalıbova təşəkkür məktubu ünvanlanıb.

Qeyd edək ki, "Sıravi Dursun" tamaşasının 6 iyun saat 12:00-da  teatrın  müvəqqəti yerləşdiyi Qaraçuxur qəsəbəsi Q.Abbasov adına mədəniyyət evində nümayişi nəzərdə tutulur.

26-30 iyun tarixlərində isə Bakı Uşaq Teatrı Gürcüstan Respublikasının Batumi şəhərində keçirilən  "Beynәlxalq dostluq festivalı "Harmoniya 2013" festivalında çox uğurla çıxış edib. 2-8 iyun tarixlərində isə Bakı Uşaq Teatrının nəzdində fəaliyyət göstərən "Günay" teatr studiyası  Macarıstan Respublikasında keçirilən festivalda iştirakı da nəzərdə tutulur. Hal-hazırda Macarıstanda səfərdə olan studiya festivalda "Dərviş Məstəli Şah" və "Rusalka" tamaşaları, milli rəqslərimizlə çıxış edəcəklər. Qeyd edək ki, Bakı Uşaq Teatrı bu mövsümü  böyüklər üçün İntiqam Soltanın və Hacıbaba Məmədovun quruluş verdiyi "Əşxas" (10 iyul  saat 16:00), uşaqlar üçün isə İlhamə Əhmədovanın quruluşunda "Ağıllı uzunqulaq" (12 iyul saat 11:00)  tamaşası ilə bağlayacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31