Arda Turan Sinem Kobaldan ayrıldı?
Tanınmış aktrisa iddialara cavab verib
2 İyul 2013 13:09 MədəniyyətUzun müddət nişanlı olan Madridin "Atletiko" klubunun futbolçusu Arda Turan və tanınmış aktrisa Sinem Kobalın ayrıldıqları iddia olunub. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, cütlüyün son vaxtlar bir yerdə görüntülənməmələri onların ayrıldıqları ilə bağlı xəbərlərin yayılmasına səbəb olub.
Belə ki, bu yaxınlarda Sinem Kobal rəfiqəsinin xına gecəsində görüntülənib. Həmin gecə Arda Turan Şimali Kiprda "Survivor" yarışmasının finalında iştirak edib. Ardanın daha əvvəl də tətilə yalqız getməsi və barmağında nişan üzüyünün olmaması cütlüyün ayrılması ilə bağlı şübhələri artırıb.
Arda Turan iddialara cavab verməyib. Sinem Kobal isə media nümayəndələrinə açıqlama göndərib. Gözəl aktrisa ayrılmadıqlarını, əksinə yaxın vaxtlarda evlənəcəklərini deyib: "Nə ayrılığı? Biz evlənirik... Madriddə birlikdə yaşayırıq. Türkiyəyə qayıtdıqdan sonra Arda dostları ilə, mən də öz rəfiqələrimlə görüşmək, vaxt keçirmək istədiyimiz üçün bizi bir yerdə görə bilmirsiz. Bu çox normal bir şeydir. Münasibətimizdə hər şey yolundadır, heç bir problem yoxdur".