"İkimizin yerinə..."albomundan əldə olunan bütün gəlir Silahlı Qüvvələrə Yardım Fonduna gedəcək
2 İyul 2013 12:50 MədəniyyətMillət vəkili Qənirə Paşayeva və Azərbaycanın Əməkdar Artisti Tünzalə Ağayeva Silahlı Qüvvələrə Yardım Fonduna dəstəyi özümüzə borc bilirik dedilər.
Millət vəkili Qənirə Paşayeva və Azərbaycanın Əməkdar Artisti Tünzalə Ağayeva "İkimizin yerinə..." albomunun satışından gələcək gəliri Silahlı Qüvvələrə Yardım Fonduna bağışladı. Sözləri millət vəkili Qənirə Paşayevaya, musiqiləri Azərbaycanın Əməkdar Artisti Tünzalə Ağayeva aid olan "İkimizin yerinə..." albomunun Park Bulvarda (Əli və Nino kitab mağazaları şəbəkəsində) imzalanma mərasimi keçirildi. İlk öncə imzalanma mərasiminə gələnlərə minnətdarlığıni bildirən millət vəkili Qənirə Paşayeva və Azərbaycanın Əməkdar Artisti Tünzalə Ağayeva " İkimizin yerinə..." albomunun onların hər ikisi üçün çox əziz olduğunu və dinləyicilərin bu albomda bir çox şeylər tapacaqlarına ümid etdiklərini dedilər. Onlar bu albomun xeyirxah bir missiyaya xidmət edəcəyindən isə xüsusilə məmundurlar: "Silahlı Qüvvələrimizə Yardım Fonduna gücümüz daxilində dəstək olmaq hamımızın borcumuzdur. Biz də uzun illər zəhmətimizin və əməyimizin məhsulunu onlara hədiyyə etdik və bundan çox məmunuq. İnşallah yaxın zamanlarda bu cür təqdimat mərasimlərini işğaldan azad edəcəyimiz gözəl Qarabağımızda, Xankəndində, Şuşada, bütün o gözəl bölgələrimizdə qeyd edək. Bu hamı kimi bizim də ən böyük arzumuzdur."
"Ümid edirik ki, bu albom dinləyicilərin xoşuna gələcək. Hər bir yaradıcı insan üçün onun yaradıcılıq məhsulunun dinləyicilər, oxucular, tamaşaçılar tərəfindən sevilməsi ən önəmli məsələdir. Bu albom dinləyiclər tərəfindən nə qədər çox sevilərsə, biz o qədər də məmnun olarıq."
İmzalanma mərasiminə Azərbaycanın tanınmış QHT rəhbərləri, bir sıra ölkələrdəki Azərbaycan və Türkiyə diasporlarının rəhbərləri, qardaş Türkiyədən, Cənubi Azərbaycandan qonaqlar, KİV təmsilçiləri və çoxlu sayda qonaqlar da qatılmışdı.
Qeyd edək ki, "İkimizin yerinə..." albomunda yer alan əsərlərin böyük bir hissəsi Tünzalə Ağayevanın ifasındadır. Albomun adı verilən mahnını isə sənətçi Elnur Məmmədov ifa edib . Bu albom Qənirə Paşayevaya və Tünzalə Ağayevanın üzün illərə söykənən dostluq və işbirliyinin nəticəsi olaraq ortaya çıxıb və mahnıların bir çoxu artıq neçə illərdir Tünzalə xanımın ifasında tamaşaçılar tərəfindən sevilməkdə davam edir. Albomun adını aldığı "İkimizin yerinə..." əsərini ifa edən Elnur Məmmədov isə imzalanma mərasimində çıxış edərək, onun üçün dəyərli olan iki xanımın birgə yaradıcılığının məhsulu olan bu mahnını ifa etməkdən böyük məmnuniyyət duyduğunu deyib və həm mahnının, həm də albomun dinləyicilər tərəfindən seviləcəyinə inandığını deyib.