Bu gün azərbaycanlı aktrisanın toyudur

Aktrisa və teleaparıcı Lalə Məmmədovanın bu gün toyudur

Aktrisa toyu haqda Milli.Az-a danışıb:"İnşallah, sadə, dəbdəbədən uzaq bir toy olacaq. Bu gün həm də rəfiqəm və teleaparıcı Sahibə Nəzərovanın da ad günüdür. Toyda heç bir sürpriz olmayacaq. Həmkarlarım və dostlarım toyumda iştirak edəcəklər. Sevib ailə qurduğum oğlanın adı Vüsaldır. Əsl sənəti hüquqşünasdır, hazırda o, televiziyaların birində çalışır". Qeyd edək ki, Lalə Məmmədova sənət fəaliyyətinə teatrda çalışmaqla başlayıb. Aktrisa müxtəlif vaxtlarda Bakı Uşaq Teatrı, Kukla Teatrı və Gənc Tamaşaçılar Teatrında fəaliyyət göstərib. Lalə Məmmədova son zamanlar "Ağabəyovlar", "Həyat varsa" serialının müxtəlif bölümlərində çəkilməklə yanaşı, özünü aparıcı kimi də sınayıb. O bir müddət "Salam, Azərbaycan" verilişinin aparıcısı olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31